“Zirə” “Kəpəz”ə qalib gəldi
14.07.2023 - 21:13
“Zirə” “Kəpəz”ə qalib gəldi

Növbəti mövsümə hazırlaşan “Zirə” yoxlama matçında qüvvəsini sınayıb.

Apasport.az-ın məlumatına görə, paytaxt təmsilçisi “Kəpəz”ə qalib gəlib.

Zirə İdman Kompleksində keçirilən oyunda hesabı Vladislav Kulaç açıb. Fasilədən sonra “Kəpəz” hesabı bərabərləşdirsə də, “Zirə” qələbə topunu vura bilib.

14 iyul
Yoxlama oyunu
“Zirə” – “Kəpəz” – 2:1
Qollar:
Vladislav Kulaç, 12 (pen.). Dimotrios Çantakias, 62 - Junior Martins (pen.)
 

writer photo
Əlirza Əlirzalı
0