"Barselona"da heç kim avrokuboklardakı uğursuzluğu qəbul etmir
24.02.2023 - 22:06
"Barselona"da heç kim avrokuboklardakı uğursuzluğu qəbul etmir

"Barselona"nın Avropa Liqasından çıxmasına reaksiyası məlum olub.

Apasport.az xəbər verir ki, klub Avropa Liqasında “Mançester Yunayted”ə məğlubiyyətdən məyus olsa da, heç kim bunu ciddi uğursuzluq kimi qəbul etməyib.

Klubdakı hər kəs Çempionlar Liqasının qrup mərhələsi və Avropa Liqasının pley-off mərhələsindəki uğursuzluğa baxmayaraq, “blauqrana”nın bu mövsüm avrokuboklarda əvvəlkindən daha yaxşı çıxış etdiyinə inanır.

Bundan əlavə, kataloniyalılar hesab edir ki, məsələn, Çempionlar Liqasının “İnter”lə oyununda əsas məqamlarda zədələr və hakimlik onların qarşısını alıb.

Avropa Liqasını tərk etmək futbolçulara emosional təsir göstərməyib. Onlar bunu La Liqaya və Kral Kubokuna diqqət yetirmək üçün yaxşı fürsət kimi görür. Milli titul bu mövsüm məşqçilər korpusu və klub üçün prioritetdir.

writer photo
Əlirza Əlirzalı
0