Sloveniya millisinin futbolçusu Benyamin Verbiç və “Pleyboy”un ukraynalı modeli Alvina Tsarenko ayrılmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı modelin özü verib.
O, hazırda “Panatinaikos”da çıxış edən futbolçunu yığmanın düşərgəsində olduğu vaxt xəyanətə yol verməkdə ittiham edir: “Sənə görə xəcalət çəkirəm. Uşaqlar, bu, uğursuz sonluqdur. Bizim komandada əvəzetmədir. Yığmadakı əyləncə gecələri normaldır ki? Yaxşı ki, oğlumuz atasının nə etdiyini bilmir”.
Qeyd edək ki, Tsarenko və Verbiç rəsmi nikahda olmasa da, 2021-ci ildə uşaqları dünyaya gəlib. Futbolçu 2018-22-ci illərdə Kiyev “Dinamo”sunda çıxış edib.