“Barselona”nın gözü onda
09.05.2023 - 15:29
“Barselona”nın gözü onda

“Barselona” heyətə müdafiəçi cəlb etməyi planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, İspaniya klubu Joao Konselonunun transferi üçün futbolçunun agenti ilə danışıqlara başlayıb.

Hazırda icarə əsasında “Bavariya”da çıxış edən 28 yaşlı müdafiəçi də bu keçidin əleyhinə deyil. Danışıqların ilkin mərhələsində hər iki tərəfin razılaşdığı və yaxın vaxtlarda müqavilənin imzalanacağı bildirilir.

Qeyd edək ki, bu mövsüm ümumilikdə 44 matçda meydana çıxan Portuqaliya millisinin üzvü 3 qol vurub, 10 da assist edib.

writer photo
Əlirza Əlirzalı
0