Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatının təşkilat komitəsinin rəhbərliyi Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Dövlət Sərhəd Xidmətindən apasport.az saytına verilən məlumata görə, görüş idmançıların hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə təşkil olunub.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrdə hərbiçilərin fiziki hazırlıq və idman sahəsinə göstərilən yüksək diqqət və qayğı nəticəsində hərbi qulluqçuların beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi və yeni-yeni uğurlara nail olması xüsusi vurğulanıb. Dünya çempionatının ölkəmizdə keçirilməsinin məsuliyyəti və əhəmiyyəti xatırladılıb, ölkəmizi təmsil edəcək idmançıların siyahısı təqdim edilib.
Sonda qalib ölkənin idmançılarına keçiriləcək yarışlarda müvəffəqiyyətlər və uğurlar arzulanıb. Beynəlxalq Hərbi İdman Şurasının Güləş üzrə 36-cı dünya çempionatında Azərbaycan Respublikasını təmsil edəcək heyətimiz çəkilər üzrə aşağıdakı tərkibdə olacaq.
Sərbəst güləş: Rzazadə Əliabbas (57 kq), Allahverdiyev Ceyhun (61 kq), Rəhimzadə Əli (65 kq), Əliyev Hacı (70 kq), Bayramov Turan (74 kq), Abbasov Orxan (79 kq), Cabbarov Fərid (86 kq), Yusubov İbrahim (92 kq), Əliyev Zəfər (97 kq),Həmidli Rahid (125 kq)
Yunan–Roma güləşi: Sadıxlı Fərid (55 kq), Quluzadə Nihad (60 kq), Babaşov Ziya (63 kq), Məmmədli Həsən (67 kq), Qənizadə Ülvi (72 kq), Qurbanov Qurban (77 kq), Əliyev Azad (82 kq), Vəliyev Laçın (87 kq), Əhmədiyev Murad (97 kq), Məmmədov Sərxan (130 kq)
Qadınlar: Məmmədova Elnurə (50 kq), Şirinova Gültəkin (53 kq), Səmədova Nərgiz (55 kq), Əliyeva Jalə (57 kq), Məmmədova Ruzanna (59 kq), Soltanova Birgül (62 kq)
Məşqçilər: Cəbrayıl Həsənov, Həsən Əliyev, Toğrul Əsgərov
Komandanın rəhbəri: Firdovsi Umudov
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr – 3 dekabr tarixlərində keçiriləcək yarış “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.