Liniker əfsanəvi ifadəsini dəyişdi - əgər almanlar qrupdan çıxmağı bacarırsa...
02.12.2022 - 10:07
Liniker əfsanəvi ifadəsini dəyişdi - əgər almanlar qrupdan çıxmağı bacarırsa...

Almaniya millisinin DÇ-2022-dəki uğursuzluğu bu komanda haqqında əfsanəvi ifadənin dəyişdirilməsi ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, sitatın müəllifi olan İngiltərə futbolunun veteranı Harri Liniker fikirlərini redaktə edib.

Almaniya yığmasına tez-tez uduzmaqlarından sonra məhz onun işlətdiyi bu ifadə illər boyu dillər əzbəri olmuşdu: “Futbol sadə oyundur. 22 adam 90 dəqiqə topun dalınca qaçır. Amma sonda Almaniya qalib gəlir”.

DÇ-2014-də çempion olduqdan sonra həm DÇ-2018-də, həm DÇ-2022-də qrupda qalan Bundestimin ardıcıl uğursuzluqları Linikeri fikirlərini dəyişməyə vadar edib: “Futbol sadə oyundur. 22 adam 90 dəqiqə topun dalınca qaçır. Amma sonda Almaniya qalib gəlir. Əgər onlar qrupdan çıxmağı bacarırsa”.

Qeyd edək ki, son turda Kosta-Rikaya 4:2 hesabı ilə qalib gələn Almaniya qrupunda 3-cü yeri tutaraq 1/8 finala yüksələ bilməyib. Onların qrupunda Yaponiya 1-ci, İspaniya 2-ci olub.
 

writer photo
Əlirza Əlirzalı
0