"Mançester Siti" "Tottenhem"in ulduzunu hədəfləyir
20.01.2024 - 15:27
"Mançester Siti" "Tottenhem"in ulduzunu hədəfləyir

“Tottenhem”in sağ cinah müdafiəçisi Pedro Porro “Mançester Siti”yə qayıda bilər.

Apasport.az xəbər verir ki, 24 yaşlı ispaniyalı futbolçu bu mövsüm komandasının əsas oyunçularından birinə çevrilib.

İddialara görə, "Mançester Siti"nin "sükançı"sı Pep Qvardiola həmyerlisini Kayl Uokerin uzunmüddətli əvəzləyicisi kimi görür.

Pedro Porro 2019-2022-ci illərdə “Mançester Siti”yə məxsus olub, sonra isə əsas komandada debüt etmədən “Sportinq”ə satılıb.

"Transfermarkt"ın məlumatına görə, ispaniyalının dəyəri 45 milyon avrodur.

 

writer photo
Əlirza Əlirzalı
0