“Yuventus”u “Arsenal”a dəyişir
19.07.2022 - 00:32
“Yuventus”u “Arsenal”a dəyişir

“Yuventus”un yarımmüdafiəçisi Artur Melo karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, “Arsenal” Braziliya millisinin üzvünü heyətinə qatmağa çalışır.

Orta sahəni gücləndirmək istəyən londonlular üçün prioritet 26 yaşlı futbolçudur. “Qoca sinyora” bir neçə gün əvvəl Pol Poqba ilə müqavilə bağladığından, Melonu komandada saxlamayacaq. Qışda Melonun keçidini reallaşdıra bilməyən “topçular” indi bu fürsəti dəyərləndirməyə yaxındır.

Qeyd edək ki, Artur Melo ötən mövsüm İtaliya A seriyasında 20 oyun keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0