"Çelsi" etdiyi transferlərlə heyətinin dəyəri 1 milyard avronu keçdi
22.01.2023 - 15:24
"Çelsi" etdiyi transferlərlə heyətinin dəyəri 1 milyard avronu keçdi

"Çelsi"nin heyəti qış transfer pəncərəsindəki keçidlərdən sonra xeyli bahalaşıb.

Apasport.az "Transfermarkt"a istinadən xəbər verir ki, bütün "Çelsi" oyunçularının dəyəri 1 milyard avro həddi keçib.

İndi "Çelsi"nin heyəti dəyərinə görə yalnız "Mançester Siti"dən geri qalır. Xosep Qvardiolanın komandası 1,11 milyard avro dəyərində qiymətləndirilir.

"Transfermarkt"a görə dünyanın ən bahalı 10 heyəti

1. "Mançester Siti" – 1,11 milyard avro
2. "Çelsi" – 1,02 milyard avro
3. "Bayern" – 944,7 milyon avro
4. "Liverpul" – 928 milyon avro
5. PSJ – 894,55 milyon avro
6. "Real" – 894 milyon avro
7. "Arsenal" – 789 milyon avro
8. "Barselona" – 777 milyon avro
9. "Mançester Yunayted" – 742,1 milyon avro
10. "Tottenhem" – 688,3 milyon avro

writer photo
Əlirza Əlirzalı
0