Snayperlərimizdən uğursuz çıxış
23.04.2024 - 19:19
Snayperlərimizdən uğursuz çıxış

Atıcılıq üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin də təmsil olunduğu səngər stendində (trap) təsnifat mərhələsi başa çatıb.

Qətərin paytaxtı Dohadakı turnirdə yığmamızın 6 snayperi final mərhələsinə vəsiqələr üçün mübarizə aparıb. Onlardan heç biri həlledici raunda yüksələ bilməyib.

Kişilərin yarışında 140 iştirakçı dəqiqliyini yoxlayıb. Əli Hüseynli 116 xalla 57-ci, Sabir Mehdizadə 112 xalla 110-cu, Əlimirzə Quliyev 109 xalla 123-cü olub.

Qadınların mübarizəsində 79 snayper iştirak edib. Ülviyyə Eyvazova 110 xalla 42-ci, Aydan Camalova 104 xalla 62-ci, Rəna Ələskərova 88 xalla 77-ci olub.

Qeyd edək ki, Dohadakı turnir millimizin təmsil olunmadığı skitdə davam etdiriləcək.

writer photo
Əlirza Əlirzalı
0