Türkiyədən möhtəşəm qələbə
19.11.2023 - 01:56
Türkiyədən möhtəşəm qələbə

Türkiyə millisi bu gün Almaniya yığması ilə yoxlama oyunu keçirib.

Apasport.az xəbər verir ki, matç Berlin Olimpiya stadionunda oynanılıb. Bakı vaxtı ilə saat 23:45-də başlayan görüş qardaş ölkənin 3-2 hesablı qalibiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, Türkiyə millisi son oyununda Latviyanı 4:0 hesabı ilə məğlub etmişdi. Komanda artıq Avro-2024-ün final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Almaniya isə son görüşündə Meksika ilə 2:2 hesablı heç-heçə edib. Avro-2024-ün əsas mərhələsi Almaniyada keçiriləcəyi üçün bu ölkənin yığma komandası qitə çempionatına birbaşa vəsiqə qazanıb.

Yoxlama oyunu

23:45. Almaniya - Türkiyə 2-3

Qollar: K. Havertz, 5, Fülkruq, 49, F. Kadıoğlu, 38, K. Yıldız, 45+2, Y. Sarı, 71 (p) 

Baş hakim: Bartoz Frankovski

Berlin, Olimpiya stadionu

writer photo
Əlirza Əlirzalı
0