Onlar üçün mövsüm bitdi
11.05.2023 - 22:34
Onlar üçün mövsüm bitdi

İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan “Arsenal” iki əsas futbolçusunu itirib.

Apasport.az saytı xəbər verir ki, Aleksandr Zinçenko və Vilyam Saliba mövsümün sonunadək forma geyinə bilməyəcəklər.

Ukraynalı yarımmüdafiəçi “Nyukasl”la görüşdə əzələsini zədələyib və oyunu vaxtından əvvəl tərk edib. Fransalı müdafiəçi isə martda kürəyindəki ağrılar üzündən heyətdən kənarda qalıb.

Qeyd edək ki, hər iki futbolçu əməliyyat olunmadan zədəsini sağaldacaq.
 

writer photo
Əlirza Əlirzalı
0