2022-ci ilin ən yaxşı komandası - “Mançester Siti”
17.10.2022 - 23:48
2022-ci ilin ən yaxşı komandası - “Mançester Siti”

2022-ci ilin ən yaxşı komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, qalib “France Football”un təsis etdiyi tədbirdə mükafatlandırılıb.

“Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində ilin ən yaxşı komandası İngiltərə Premyer Liqasının son qalibi “Mançester Siti” olub.

Bu mükafat “France Football” tərəfindən ikinci dəfə təqdim edilib. İlk mükafata ötən il “Çelsi” layiq görülüb.

writer photo
Əlirza Əlirzalı
0