Premyer Liqada 100-cü qələbə
25.12.2023 - 10:25
Premyer Liqada 100-cü qələbə

Misli Premyer Liqasının XVIII turunda “Səbail”lə qarşılaşan “Sumqayıt” yubiley qələbəsini qazanıb. 

Apasport.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Premyer Liqada 100-cü dəfə qalib gəlib.

1:0 hesablı qələbə Sumqayıtın eyniadlı təmsilçisinin 382-ci matçı olub. 2011-ci ildən Premyer Liqada oynayan komanda 62 dəfə evdə, 38 dəfə səfərdə üç xal qazanıb.

“Sumqayıt”ın ilk uğuru 2011/12 mövsümündə qeydə alınıb. 2011-ci il oktyabrın 30-da AZAL-ı qəbul edən “Gənclik şəhəri” təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixində 100 və daha çox qələbə əldə edən 12-ci komandadır.

writer photo
Əlirza Əlirzalı
0