PFL rəsmisi UEFA-dan təyinat alıb
23.08.2024 - 11:31
PFL rəsmisi UEFA-dan təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov təyinat alıb.

Apasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasında keçiriləcək Latviya - Farer adaları oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 10-da baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0