Ona Premyer Liqadan iki müştəri
12.12.2022 - 09:34
Ona Premyer Liqadan iki müştəri

İspaniya millisinin və “Barselona”nın futbolçusu Ferran Torres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçu iki klubun maraq dairəsinə düşüb.

“Arsenal” və “Tottenhem” ispan forvardın xidmətində maraqlıdır. Onun transfer qiyməti 35 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Ferranın heyətində yer aldığı İspaniya millisi DÇ-2022-də 1/8 finalda mübarizəni dayandırıb.
 

writer photo
Əlirza Əlirzalı
0