“Çox gərgin oyun oldu. İlk hissədə istədiyimiz kimi çıxış edə bilmədik. Amma ikinci yarıda üstünlüyü ələ aldıq və qol vurduq. Bu qələbə bizim üçün çox önəmlidir. Bizə daha da inam verəcək”.
Apasport.az xəbər verir ki, bu sözləri Sabah"ın məşqçisi Artur Olenin Premyer Liqanın XI turunda "Neftçi" üzərində qazanılan qələbədən sonra keçirilən mətbuat konfransında deyib.
- Fasilədə komandaya nə dediz?
- Futbolçulara dəsdək verdik. Dedik ki, çox şeylər edə bilərsiz, meydana çıxın və oyunu həll edin.
- "Neftçi"nin oyuna Emin Mahmudovsuz çıxması sizin üçün sürpriz oldu?
- "Neftçi"nin baş məşqçisinin hansı heyətə üstünlük verməsinin bizim üçün önəmi yoxdur. Onların hər cür heyətinə qarşı oynamağa hazır idik.
- Bu qələbədən sonra ötən mövsümkü "Sabah"ı görə biləcəyik?
- Bir daha deyirəm, bu qələbə çox önəmli idi. Bunu "Sabah" azarkeşlərinə həsr edirəm. Çalışacağıq ki, hər oyunda qalib gələk. Bu qələbə bizim üçün bir təkan olacaq.
- Sofian Çakla növbəti oyunu buraxacaq. Onun yoxluğu sizi nə dərəcədə narahat edir?
- Əlbəttə ki, Çaklanın olmaması məşqçilər korpusunu narahat edir. Amma bizim kifayət qədər keyfiyyətli oyunçularımız var.