"Bavariya"nın hücumçusu "Arsenal"la oyunu buraxacaq
15.04.2024 - 15:39
"Bavariya"nın hücumçusu "Arsenal"la oyunu buraxacaq

Bundesliqa təmsilçisi "Bavariya"nın hücumçusu Serj Qnabrinin vəziyyəti məlum olub.

Apasport.az xəbər verir ki, almaniyalı bu gün topsuz fərdi məşq edib. 

Qnabri Çempionlar Liqasının 1/4 finalında Londonun “Arsenal”la cavab matçına çıxa bilməyəcək. 

Qeyd edək ki, Qnabri Bundesliqanın  növbəti tur "Union Berlin"lə oyununu da buraxacaq. "Ayntraxt" ilə keçiriləcək qarşılaşmada isə iştirak edib-etməyəcəyi naməlumdur.

writer photo
Əlirza Əlirzalı
0