“Qarabağ”dan çətin qələbə - YENİLƏNİB
10.08.2023 - 21:59
“Qarabağ”dan çətin qələbə - YENİLƏNİB

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri Avropa Liqasında mübarizəyə başlayıb.

Ağdam təmsilçisi III təsnifat mərhələsinin ilk oyununda Finlandiya HİK-i ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” 2:1 hesablı çətin qələbə qazanıb. Fasiləyədək tablodakı sıfırlar dəyişməyib. İkinci hissədə Leandro Andrade dəqiq zərbə ilə hesabı açıb. Qonaqlar 77-ci dəqiqədə bərabərlik qolunu vura bilsələr də, Bakıdan sərfəli nəticə ilə dönmək mümkün olmayıb. “Qarabağ”ın yeni transferi Juninyo 85-ci dəqiqədə qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 17-də keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
10 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – HİK (Finlandiya) - 2:1
Qollar:
Andraede, 56. Juninyo, 85 - Olasunya, 77.
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Ramin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov
HİK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 23. Püri Soyri, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka
Ehtiyat oyunçular: 78. Aleks Ramula, 85. Niki Maenpaa, 2. Tuomas Ollila, 3. Nikolas Hamalaynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 7. Santeri Hostikka, 8. Filip Roqiç, 29. Entoni Olusanya, 56. Perparim Hetemay.
Baş məşqçi: Toni Korkeakunnas
Baş hakim: Roy Reynşreyber (İsrail)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

writer photo
Əlirza Əlirzalı
0