“Azərreyl” növbəti oyuna çıxacaq
17.01.2024 - 15:47
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçiriləcək.
Apasport.az xəbər verir ki, Yüksək Liqanın 9-cu turu çərçivəsində yanvarın 18-də kişi voleybolçuların MOİK - “Azərreyl” qarşılaşması baş tutacaq.
GİN-nin Voleybol Mərkəzində təşkil olunan oyun saat 16:00-da başlayacaq.
Qeyd edək ki, qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
18 yanvar
Yüksək Liqa (kişilər)
IX tur
16:00 MOİK - “Azərreyl”
0
0