Portuqaliyalı futbolçu PSJ-də
29.07.2022 - 17:35
Portuqaliyalı futbolçu PSJ-də

“Lill”in yarımmüdafiəçisi Renato Sançes PSJ-yə keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, klublar 24 yaşlı orta sahə oyunçusunun icarəyə götürülməsində razılaşıblar.

Anlaşmaya əsasən, Fransa çempionu Portuqaliya millisinin üzvünü 10 milyon avroya birdəfəlik transfer etmək məcburiyyətində olacaq. Keçidin iyulun 31-dək açıqlanması gözlənilir. Sançesin PSJ-də illik maaşı 5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Renato Sançs “Lill”ə 2019-cu ildə “Bavariya”dan keçib. O, ötən il PSJ-nin hazırkı baş məşqçisi Kristof Qaltyenin çalışdırdığı komanda ilə Liqa1-i qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0