İtalyan ulduz "cimbom"un radarında
30.12.2023 - 22:45
İtalyan ulduz "cimbom"un radarında

"Qalatasaray" transfer işlərinə start verib.

Apasport.az xəbər verir ki, İtaliyanın "Roma" klubunun müdafiəçisi Leonardo Spinazzola "sarı-qırmızılar"ın radarına düşüb.

30 yaşlı italyan futbolçu eyni zamanda Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunun maraq dairəsindədir. Gianluca Di Marzio'nun xəbərinə görə "aslanlar" artıq Spina üçün hərəkətə keçiblər. Onlar futbolçunun transferini yaxın müddətdə yekunlaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Leonardo cari mövsümdə çıxdığı 13 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0