Karrasko “Əl Şabab”a doğru
31.08.2023 - 14:44
Karrasko “Əl Şabab”a doğru

Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə razılıq verib.

Apasport.az saytı xəbər verir ki, Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Yannik Karrasko “Əl Şabab”a keçməyə yaxındır. 

Belçika millisinin də şərəfini qoruyan 29 yaşlı orta xətt oyunçusu ərəblərlə şəxsi müqaviləsini razılaşdırıb. Hazırda ispanlarla danışıqları davam etdirən yarımada təmsilçiləri transferi yaxın günlərdə tamamlamağı planlaşdırır.

Qeyd edək ki, bu mövsüm 3 matçda iştirak edən Karrasko 1 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0