Milan Şkrinyar: “Azərbaycanla matçda çox sayda taktiki gedişlərimiz var”
21.09.2022 - 20:37
Milan Şkrinyar: “Azərbaycanla matçda çox sayda taktiki gedişlərimiz var”

“Çox sayda taktiki gedişlərimiz var. Biz onların hamısının üzərində çalışmışıq. Çünki bütün bunlar bizə lazım ola bilər”.

Apasport.az saytının məlumatına görə, bunu Slovakiya millisinin futbolçusu Milan Şkrinyar deyib.

O, Millətlər Liqasının sabah baş tutacaq Slovakiya – Azərbaycan matçına həsr olunan mətbuat konfransında oyun barədə danışıb: “Yeni məşqçi ilə anlaşmada problem yoxdur. Tərcüməçi kömək edir. Onun işi çox olanda biz – İtaliyada oynayan futbolçular tərcümədə futbolçulara yardımçı oluruq. Məşqçi bizim hərəkətli olmağı, çox qaçmağı tapşırıb. Bu, bəzi oyunçular üçün yenilikdir”.

Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı sabah saat 22:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0