"Kəpəz" sabiq hücumçusunu heyətinə qatıb
15.08.2024 - 12:05
"Kəpəz" sabiq hücumçusunu heyətinə qatıb

Ötən mövsümü “Araz-Naxçıvan”ın heyətində keçirmiş Orxan Əliyevin bu mövsüm hansı komandada oynayacağı dəqiqləşib.

Apasport.az saytına verilən məlumata görə, forvard karyerasını Azərbaycan Premyer Liqasında davam etdirəcək. 

Belə ki, “Araz-Naxçıvan” Orxanı yenidən komandaya qaytarmaq istəyib. Bununla bağlı söhbətlər də aparılıb. Amma keçid baş tutmayıb.

Əliyev “Kəpəz”lə anlaşıb. O, Gəncə təmsilçisi ilə razılıq əldə edib. Orxan, klubla bir illik müqavilə imzalayacaq. 

Xatırladaq ki, Əliyev əvvəllər də “Kəpəz”də oynayıb.
 

writer photo
Əlirza Əlirzalı
0