İslandiya - Türkiyə matçı təxirə salına bilər: UEFA-nın qərarı gözlənilir
14.10.2024 - 12:57
Türkiyə millisi UEFA Millətlər Liqasının 4-cü matçında bu axşam səfərdə İslandiya ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, matçın təxirə salınma ehtimalı var.
Qarşılaşmanın baş tutacağı "Lauqardalsvöllur" stadionu şaxta təhlükəsi ilə üz-üzədir. Məsələ ilə bağlı UEFA rəsmiləri İslandiya Futbol Federasiyası ilə görüş keçirib.
İclasda təxirə salınma ilə bağlı hər hansı qərarın verilmədiyi, lakin oyun günü meydana baxış keçiriləcəyi və təxirə salınma ilə bağlı yekun qərarı UEFA-nın verəcəyi vurğulanıb.
Qeyd edək ki, matçın baş tutacağı stadionun qazonunda isitmə sistemi yoxdur.
0
0