Azərbaycan dünya reytinqinin daha 2 pillə gerilədi
31.12.2022 - 18:56
Azərbaycan dünya reytinqinin daha 2 pillə gerilədi

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2022-ci ilin son siyahısında il ərzində təşkil olunan nüfuzlu yarışlarda qazanılan nəticələr əksini tapıb.

Cədvəldə planetin 133 ölkəsi yer alıb.

Azərbaycanın mövqeyində dəyişiklik olub. Ölkəmiz ötən reytinq cədvəli ilə müqayisədə 2 pillə geriləyib.

249 xala malik Azərbaycan dünyada 50-cidir. Ötən cədvəldə eyni xalla 48-ci olan idmançılarımız mövqeyini qoruya bilməyib. 

Qazanılan xalların 87-si yunan-Roma, 47-si sərbəst güləşçilərin aktivindədir. Cüdoda 43, taekvondoda 32, qılıncoynatmada 22, atıcılıqda 12, bədii gimnastikada 6 xal qazanılıb.

Azərbaycan Avropada 28-ci yerdədir. Kişi idmançılar dünyada 42-ci, qadınlar 60-cıdır.

Siyahıya 6137 xalla ABŞ başçılıq edir. Fransa (3223) ikinci, Çin (2822) üçüncüdür. 

Qeyd edək ki, Azərbaycan 2021-ci ildə 43-cü, 2019-cu ildə 47-ci, 2018-ci ildə 40-cı olub. 2020-ci ildə isə koronavirus səbəbindən siyahı tərtib olunmayıb.

writer photo
Əlirza Əlirzalı
0