Niderland millisinin baş məşqçisi Lui van Qal Qətərdə keçirilən dünya çempionatında həmkarları arasında ən yaşlısıdır.
Apasport.az saytının məlumatına görə, o, qrup mərhələsinin II turunda Ekvadorla oyuna (1:1) 71 yaş 109 günlüyündə çıxıb.
Van Qal mundiallar tarixində isə bir komandaya rəhbərlik edən ən yaşlı üçüncü mütəxəssisdir. Lakin ikinci yeri tutan Oskar Tabaresi ötmək şansına malikdir. Bu, Niderlandın yarımfinala çıxacağı təqdirdə baş verəcək.
Bu baxımdan rekordçu DÇ-2010-da Yunanıstan yığmasına başçılıq edən Otto Rehhageldir.
|
Məşqçi |
Ölkəsi |
Komandası |
Yaşı |
Tarix |
Oyun |
1 |
Otto Rehhagel |
Almaniya |
Yunanıstan |
71-317 |
22/06/2010 |
Argentina – 0:2 |
2 |
Oskar Tabarez |
Uruqvay |
Uruqvay |
71-125 |
06/07/2018 |
Fransa – 0:2 |
3 |
Lui van Qal |
Niderland |
Niderland |
71-109 |
25/11/2022 |
Ekvador – 1:1 |
4 |
Çezare Maldini |
İtaliya |
Paraqvay |
70-130 |
15/06/2002 |
Almaniya – 0:1 |
5 |
Karlos Keyruş |
Portuqaliya |
İran |
69-259 |
25/11/2022 |
Uels – 2:0 |
6 |
Joze Pekerman |
Argentina |
Kolumbiya |
68-303 |
03/07/2018 |
İngiltərə - 1:1 (pen. 3:4) |
7 |
Fernando Santuş |
Portuqaliya |
Portuqaliya |
68-045 |
24/11/2022 |
Qana – 3:2 |