"Qarabağ"ın səfər oyununun biletləri satışda
07.08.2024 - 14:53
"Qarabağ"ın səfər oyununun biletləri satışda

"Ludoqorets" və "Qarabağ" klubları arasında Çempionlar Liqasının təsnifat mərhələsinin III mərhələsinin Razqradda keçiriləcək cavab matçının biletləri satışa çıxarılıb. 

Apasport.az Bolqarıstan təmsilçisinin saytına istinadən xəbər verir ki, biletlərin qiymətləri sektordan asılı olaraq 12, 15 və 25 bolqar levi (təxminən 11, 14, 24 manat) təşkil edir. 

"Ludoqorets" – "Qarabağ" matçı avqustun 13-də 12500 tamaşaçı tutumuna malik "Huverfarma Arena" stadionunda keçiriləcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0