Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
"Qarabağ" "Tofiq Bəhramov"da baş məşqçisiz qalan "Sabah"ı sınağa çəkib. Premyer Liqada ardıcıl 10 qələbə qazanan Qurban Qurbanovun yetirmələri uğurlu seriyanı davam etdirmək, zirvədəki mövqeyini bir az da möhkəmləndirmək niyyətində idi.
Matç elə sonuncu görüş kimi - qollu keçdi. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşmədi: 3:3.
Qeyd edək ki, tura fevralın 13-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXII tur
19:00. "Qarabağ" – "Sabah" 3:3
Qol: Yankoviç, 31, Belfodil, 45+, 54, Juninyo, 64, Benzia, 97, T. Mütəllimov, 95