“Nyu Orlean” Zayon Uilyamsonla yollarını ayırmağa hazırdır.
Apasport.az-ın məlumatına görə, məqsəd bir neçə gün sonra keçirilən draftda Skaut Hendersonu əldə etməkdir.
NBA-nın ən potensiallı basketbolçularından sayılan Uilyamson ümidləri doğrultmayıb. Zayon zədə və qalmaqallar üzündən komanda rəhbərliyinin səbir kasasını daşıb. Əgər razılaşma əldə olunarsa, “Nyu Orlean” 2023-cü il seçimlərində “Şarlotta”a məxsus 2-ci, “Portlend”in isə 3-cü pikinə sahib çıxmaq istəyir. Bu, onlara 19 yaşlı Hendersonu heyətə qatmaq imkanı verəcək.
Qeyd edək ki, NBA seçimləri iyunun 22-də keçiriləcək.
Henderson üçün Uilyamsondan imtina edilir
14.06.2023 - 23:15
0
0