"Barselona" 59 milyon avroya 16 yaşlı futbolçu almaq istəyir
01.04.2024 - 17:58
"Barselona" 59 milyon avroya 16 yaşlı futbolçu almaq istəyir

"Palmeyras"ın futbolçusu Estevao Villian karyerasını Avropada davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

"Barselona" və "Çelsi" 16 yaşlı vingeri transfer etmək istəyir.

Gənc futbolçunun sərbəstqalma məbləği 59 milyon avrodur. Hər iki klub bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, Estevao Villian "Palmeyras"ın yetirməsidir. İstedadlı oyunçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 9 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

writer photo
Əlirza Əlirzalı
0