Portuqaliya Liqasının 9-cu həftəsində "Benfika"nın "Rio Ave"ni 5:0 hesabı ilə məğlub etdiyi matçdaTürkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu het-trik edib.
Apasport.az xəbər verir ki, türkiyəli matçdan sonra Portuqaliya mediasına açıqlama verib:
“Mən bütün arzularımı həyata keçirirəm və bunu addım-addım reallaşdırdığım üçün xoşbəxtəm. Bu stadionu sevirəm, çünki mənə şans verir. Burada oynadığım hər matçda qol vurdum və inşallah belə davam edər".
Qeyd edək ki, Aktürkoğlu evdə çıxdığı 3 oyunda 5 qolla yadda qalıb. Bu mövsüm bütün turnirlərdə 13 oyuna çıxan türkiyəli 10 qol, 5 ötürmə ilə fərqlənib.