"Beşiktaş"a yerli 10 nömrə
04.10.2023 - 17:22
“Beşiktaş”ın qış transferində heyətə cəlb etmək istədiyi ilk futbolçu bəlli olub.
Apasport.az xəbər verir ki, “qara qartal” Fransa “Lill”indən Yusuf Yazıcıya elçi düşüb.
Baş məşqçi Şenol Günəşin “10 nömrə” mövqeyi üçün ideal variant hesab etdiyi türk futbolçunun komandası ilə müqaviləsi mövsümün sonunda başa çatır. İstanbul klubu kiçik məbləğ qarşılığında 26 yaşlı hücumameyilli yarımmüdafiəçini alacağına inanır.
Qeyd edək ki, bu mövsüm 9 matçda iştirak edən Yazıcı 2 dəfə fərqlənməyi bacarıb.
0
0