Belinqem: "Hakim matçın səviyyəsinə uyğun gəlmirdi"
11.12.2022 - 15:21
Belinqem: "Hakim matçın səviyyəsinə uyğun gəlmirdi"

“Düzünü desəm, hakimin işi arzuolunmazdır. Oyunçular da, hakimlər də pis oyun keçirə bilər. Düşünürəm ki, bu dəfə hakim matçın səviyyəsinə uyğun gəlmirdi". 

Apasport.az xəbər verir ki, bunu İngiltərə millisinin futbolçusu Cyud Belinqem deyib.

Dortmund "Borusiya"sının futbolçusu bununla belə, mundialda Fransaya uduzmalarının günahını özlərində də gördüyünü bildirib: "Amma məğlub olduğumuzu izah edən başqa amillər də var. Mən hər şeyi hakimin üzərinə yıxmaq istəmirəm. Bu matçda oynayan bizik və nəticə bizdən soruşulur. Bəli, bu görüşdə hakimlik yüksək səviyyədə deyildi. İlk hissədə cərimə meydançasında bir neçə qayda pozuntusu oldu. Biz standart zərbələrdə təhlükəli olduq. Ancaq onların hər biri həlledici ola bilərdi".

Qeyd edək ki, İngiltərənin Fransaya 1:2 hesabı ilə uduzduğu görüşdə hakim braziliyalı Vilton Sampayo olub.

writer photo
Əlirza Əlirzalı
0