Amerikalı iş adamı İlon Mask "Mançester Yunayted"i ala bilər.
Apasport.az saytı xəbər verir ki, o, İngiltərə təmsilçisi üçün təxminən 4,5 milyard funt-sterlinq xərcləməyə hazır olduğunu açıqlayıb.
Lakin klubun hazırkı sahibləri - Qleyzer qardaşları isə 6 milyard funt-sterlinq istəyirlər.
Satışla əlaqədar bu gün Parisdə görüş də keçiriləcək.
“Qırmızı şeytanlar”a sahib olacaq şəxs komandanın xərclərindən əlavə, “Old Trafford”un yenidən qurulmasına və ya “Mançester Yunayted” üçün yeni stadionun tikintisinə təxminən 2 milyard pul xərcləməli olacaq.
Qeyd edək ki, 2005-ci ildən “Mançester Yunayted”in sahibi olan Qleyzer ailəsi ötən ilin noyabrında klubu satmaq niyyətində olduğunu açıqlamışdı. Maskla yanaşı, Səudiyyə Ərəbistanından iki qrup investor və ingiltərəli milyarder Cim Ratkliff də futbol klubunu almağa maraqlı olduqlarını bəyan ediblər.