Əliyar Ağayev Yunanıstan klublarına 11 sarı vərəqə göstərdi
12.04.2023 - 22:54
Əliyar Ağayev Yunanıstan klublarına 11 sarı vərəqə göstərdi

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev "Olimpiakos" və AEK komandaları arasında baş tutan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyununu idarə edib.

Apasport.az xəbər verir ki, Pirey təmsilçisinin 2:1 qalib gəldiyi oyunda Ağayev 11 futbolçuya sarı vərəqə göstərib. O, "Olimpiakos"dan 6, AEK-dən isə 5 oyunçunu cəzalandırıb. Həmçinin, AEK-in 70-ci dəqiqədə vurduğu qol VAR-a baxıldıqdan sonra ləğv edilib.

Bundan başqa, Əliyar Ağayev 27-ci dəqiqədə oyunu dayandıraraq, hər 2 komandada oruc tutan müsəlman futbolçuların iftarı açmalarına şərait yaradıb.

Qeyd edək ki, AEK ilk oyunda 3:0 qalib gəldiyindən, finala çıxan komanda olub.

writer photo
Əlirza Əlirzalı
0