“Dediyim sözlərdə pis nə isə olduğunu düşünmürəm”.
Apasport.az-ın məlumatına görə, bu sözləri serbiyalı tennisçi Novak Cokoviç deyib.
“Kosova – Serbiyanın ürəyidir” - serbiyalı idmançı Rollan Qarros tennis turnirində iki ölkə arasında baş verən qarşıdurmaya məhz belə münasibət bildirmişdi. Cokoviç eyni sözləri növbəti dəfə təkrarlaya biləcəyini, amma hamının onun fikri ilə tanış olduğu üçün buna lüzum görmədiyini bildirib: “Başa düşürəm bəzi insanlar mənimlə razılaşmır. Bu, mənim mövqeyimdir”.
Qeyd edək ki, bu fikirlərinə görə Cokoviçin diskvalifikasiya oluna biləcəyi ehtimalı meydana çıxarmışdı.
Cokoviçin “Kosova – Serbiyanın ürəyidir” mövqeyi dəyişməyib
01.06.2023 - 21:51
0
0