“Brayton”un sahibi 725 min funt uduzdu
30.01.2023 - 13:23
“Brayton”un sahibi 725 min funt uduzdu

Böyük Britaniyanın bukmeker kontorlarında böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, bu, at yarışlarında baş verib.

“Energumene” adlı İrlandiya atı “Clarence House Chase”də uğursuz çıxış edib. Villi Mallinzin sürdüyü at favorit olduğu yarışda finişə yalnız üçüncü çatıb.

Onun qələbəsinə qoyulan iki kupon diqqətçəkən olub. 1,57 əmsallıq 350 min və 1,53 əmsallıq 375 min funt sterlinqlik variant sonda məğlubiyyətlə nəticələnib.

Hər iki mərci edən şəxsin adı açıqlanamsa da, bu riskə Toni Blumun getdiyi ehtimal olunur. O, “Energumene”nin sahibidir. Həm də “Brayton” futbol klubunun sahibi olan biznesmen at yarışlarına böyük mərclər etməsi ilə tanınır.

Qeyd edək ki, Blum ötən il öz atına 150 min funt sterlinq qoyaraq 500 minlik uduş əldə etmişdi.

writer photo
Əlirza Əlirzalı
0