Maquayr: "Hakim bütün oyun boyu pis idarəçilik etdi"
11.12.2022 - 13:56
Maquayr: "Hakim bütün oyun boyu pis idarəçilik etdi"

“Hakim bütün oyun boyu pis idarəçilik etdi. Daima oyunçular öz ünvanlarına tənqid alırlar. Yaxşı olardı ki, hakimlər də çıxıb desin ki, o, yaxşı matç idarə edib, yoxsa yox".

Apasport.az xəbər verir ki, bunu İngiltərə millisinin mərkəz müdafiəçisi Hari Maquayr deyib.

"Mançester Yunayted"in futbolçusu mundialın 1/4 finalında Fransa ilə matçdakı hakimlikdən narazı qaldığını bildirib: "İlk hissədə Fransanın xeyrinə çoxlu qərarlar verildi, hakim onların 5-6 qayda pozuntusunu görmədi. Keynə kobudluq edildi. Bəli, cərimə meydançasından kənarda idi, amma açıq-aşkar qayda pozuntusu idi.

İkinci hissədəki penaltidə də hakim dərhal nöqtəni göstərmədi. Halbuki Bukayoya qarşı açıq şəkildə qayda pozulmuşdu. Bu, vacib matçdır və hər bir hakimin qərarı həlledici ola bilər. Ona görə də siz ondan düzgün qərar verməsini gözləyirsiniz. Təəssüf ki, bu oyunda hakim yaxşı olmadı”.

writer photo
Əlirza Əlirzalı
0