Firmino "Yuventus"a doğru
19.06.2023 - 14:09
Firmino "Yuventus"a doğru

İtaliyada "Yuventus" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, Turin təmsilçisi hücumçu Roberto Firminoya elçi düşüb.

31 yaşlı braziliyalı müqaviləsinin müddəti başa çatdığı üçün iyunun sonunda "Liverpul"dan ayrılacaq.

Forvardın transferi üçün danışıqlara başlayan “qoca sinyora”nı xüsusilə Firminonun azad agent statusuna malik olması cəlb edir. Komandanın hücumda zəifliyini Braziliya millisinin üzvü ilə doldurmağa çalışan italyanlar oyunçunun transferinin rəsmiləşəcəyinə inanırlar.

Qeyd edək ki, son mövsümdə 35 matçda iştirak edən Roberto 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0