“Roma”nın yeni hücumçu hədəfi
23.07.2022 - 00:34
“Roma”nın yeni hücumçu hədəfi

“Roma” Paulo Dibaladan sonra daha bir hücumçu transferini planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu PSJ-nin forvardı Mauro İkardiyə göz dikib.

“Canavarlar”ın baş məşqçisi Joze Mourinyo Paris klubunun idman müşaviri Luis Kamposla 29 yaşlı argentinalı oyunçunun transferini müzakirə edib. Ancaq İkardi “Roma”ya keçməkdə o qədər də həvəsli görünmür. Hazırda klublar arasında danışıq aparılır.

Qeyd edək ki, Mauro İkardi ötən mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 5 qol vurub. Onun fransızlarla müqaviləsi 2024-cü ilə qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0