U-19 millimizin rəqibləri açıqlandı
07.06.2024 - 15:57
U-19 millimizin rəqibləri açıqlandı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025 mövsümünün I mərhələsindəki rəqibləri bəlli olub.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün təşkil edilən püşkatma mərasimində B Liqasında yer alan millimiz İsveçrə, Estoniya və Kipr yığmaları ilə 5-ci qrupda mübarizə aparacaq.

İyuldan dekabrın əvvəlinədək baş tutacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.

writer photo
Əlirza Əlirzalı
0