Ceko “Fənərbaxça”nın tarixinə düşdü
26.09.2023 - 16:04
Edin Ceko adını “Fənərbaxça”nın tarixinə yazdırıb.
Apasport.az saytı xəbər verir ki, 37 yaşlı hücumçu Super Liqada oynadığı 5 matçda 4 qol və 3 assistlə yadda qalıb.
Bosniyalı futbolçu bununla da çempionatın ilk 5 turunda ən çox qolda pay sahibi olan 2 oyunçudan biri olub. 2008/09 mövsümündə seneqallı Mamadu Nianq 6 qol vuraraq, bir də məhsuldar ötürmə etmişdi.
Qeyd edək ki, iyul ayında İtaliya “İnter”indən İstanbul klubuna gələn Cekonun “sarı-lacivərdli” komanda ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
0
0