“Qalatasaray” “qara siyahı”nı açıqlayıb.
Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk 13 futbolçunu yeni mövsümdə komandada görmək istəmir.
49 yaşlı mütəxəssisin etimadını qazana bilməyənlər sırasında komandada yer alanlarla yanaşı, icarədə oynayanlar da var. Burukın təqdimatına əsasən, Xuan Mata, Emre Taşdemir və Bafetimbi Qomisin mövsümün sonunda bitəcək müqavilələri yenilənməyəcək.
Həmçinin o, Olimpiu Morutsan (“Pisa” İtaliya), Taylan Antalyalı, Emre Kılınc (hər ikisi “Ankaragücü”), Kristian Lyuindama (“Antalyaspor”), Aleksandru Cikıldeu (“Əl İttihad” BƏƏ), Oğulcan Çağlayan (“Pendikspor”), Alparslan Öztürk (“Eyüpspor”) və Mustafa Muhammedin (“Nant” Fransa) “Qalatasaray”a qayıtmasının əleyhinədir. “Hatayspor”dan icarəyə götürülən Sem Adekuqbe ilə də yeni razılaşma nəzərdə tutulmur.
Yusuf Demirin isə yeni mövsümdə başqa bir komandaya icarəyə göndərilməsi planlaşdırılır.