Cinsi xarakterli cinayətlərdə şübhəli bilinən futbolçu meydana döndü
23.09.2023 - 13:29
“Everton”un keçmiş yarımmüdafiəçisi Qilfi Siqurdsson 2 ildən sonra rəsmi matça çıxıb.
Apasport.az saytı xəbər verir ki, hazırda “Lyuqbü”nün şərəfini qoruyan 34 yaşlı futbolçu Danimarka Superliqasının IX turunun "Veyle" ilə matçında (1:1) oynayıb.
Veteran futbolçu 2021-ci ilin iyulunda azyaşlılara qarşı cinsi xarakterli cinayətlərdə şübhəli bilinərək həbs edilib. İki il sonra isə kifayət qədər sübut olmadığı üçün Siqurdssona qarşı bütün ittihamlar ləğv olunub.
Qeyd edək ki, o, avqustun 31-də danimarkalılarla bir illik müqavilə imzalayıb.
0
0