Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin komandası qrup mərhələsinin son matçını qələbə ilə başa vurub.
İlk iki turda qələbə qazanan millimiz Fransanı da məğlub edib. 3:1 hesabı ilə qalib gələn millimiz pley-offa qrup lideri kimi yollanıb.
F qrupunun digər matçında isə İtaliya Belçikadan üstün olub - 2:1.
Avropa çempionatı
F qrupu
4 iyun
19:00. Azərbaycan – Fransa - 3:1
Qollar: Mirkamil Əliyev, 8. Ramiz Çovdarov, 30. Vüsal İsayev, 49 - Sedrik Siino, 25
Belçika – İtaliya - 1:2