Onlar “Mançester Siti”dən ayrılacaq
26.01.2023 - 14:22
Onlar “Mançester Siti”dən ayrılacaq

İngiltərənin “Mançester Siti” klubundan yayda ayrılacaq futbolçuların adları açıqlanıb.

Apasport.az saytı yerli mətbuata istinadən məlumat verir ki, İlkay Gündoğan, Kayl Uoker, Joao Kanselo, Bernardo Silva və Aymerik Laport “şəhərlilər”lə vidalaşacaq.

İddiaya əsasən, buna Mançester təmsilçisinin soyunub-geyinmə otağında qeyri-sağlam atmosfer səbəb olub. Baş məşqçi Pep Qvardiolanın qərarlarından narazı olan adıçəkilən futbolçuların artıq indidən özlərinə yeni komandalar axtardıqları bildirilir. 

writer photo
Əlirza Əlirzalı
0