ÇL: “Mançester Siti” “İnter”ə rəqib oldu
18.05.2023 - 01:04
ÇL: “Mançester Siti” “İnter”ə rəqib oldu

“Mançester Siti” tarixində ikinci dəfə Çempionlar Liqasının finalında oynamaq hüququ qazanıb.

Apasport.az saytı xəbər verir ki, “şəhərlilər” turnirin yarımfinalında son qalib “Real”ı mübarizədən kənarlaşdırıblar.

Bütün turnirlər daxil olmaqla evdə ardıcıl 15 oyunda qələbə qazanan meydan sahibləri seriyanı “Real”la görüşdə də davam etdiriblər. Hər hissədə iki qol vuran Qvardiolanın komandası rəqibi ağır məğlubiyyətə uğradıb. Nəticədə iyunun 10-da İstanbulda keçiriləcək həlledici oyunda “Mançester Siti” və “İnter” üz-üzə gələcək.

Qeyd edək ki, “Mançester Siti” 2021-ci ildə ÇL-in finalında “Çelsi”yə uduzmuşdu.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu


“Mançester Siti” – “Real” – 4:0
İlk oyun – 1:1
 

writer photo
Əlirza Əlirzalı
0