Bukmeker kontorlarında daha bir böyük mərc qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevər şənbə günü “Böyük beşlik”də keçirilən oyunlara mərc edib.
Better İngiltərə, İtaliya və Almaniya liqalarına proqnoz verib. Cəmi 4 görüşün nəticəsini təxmin edən müştəri 119,9352 əmsal toplayıb.
O, bu varianta 10 min rubl (209 manat) qoyub. Better “Çelsi”nin səfərdə, “Atalanta”nın evdə uduzmasını da düzgün tapıb. Yekunda kupon ona 1 milyon 199 min 352 rubl (25 min 66,46 manat) uduş gətirib.
“Brentford” – “Nyukasl” – 1:2 (2), 2,10 əmsal
“Vulverhempton” – “Çelsi” – 1:0 (1), 4,40 əmsal
“Bayer” – “Ayntraxt” – 3:1 (Fora1 (-1), 2,36 əmsal
“Atalanta” – “Bolonya” – 0:2 (2), 5,50 əmsal